Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2024 21:22
Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxışı barədə mənfi fikirlər səsləndirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Miroslav Kloze bu barədə klubun rəsmi saytına açıqlamasında danışıb.
Müətəxəssis Mahir Emrelinin topla yetərincə çalışmadığını bildirib.
"Topla yetərincə çalışmır və kifayət qədər çevik deyil. Fikrimcə, Mahir Emreli son qarşılaşmada o qədər də yaxşı oynamadı".
Qeyd edək ki, "Hamburq"la qarşılaşma 1:1 hesabı ilə başa çatıb, "Nürnberq"in yeganə qoluna 63-cü dəqiqədə Mahir Emreli imza atıb.