Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qobustanın qədim petroqlifləri insan varlığının köklərini araşdıran sərgi keçirilib - FOTOlar

Qobustanın qədim petroqlifləri insan varlığının köklərini araşdıran sərgi keçirilib - FOTOlar

Tarix: 9 Noyabr 2024 15:00

Qobustanın qədim petroqlifləri insan varlığının köklərini araşdıran sərgidə müasir rəssamların əsərləri vasitəsilə dünyamıza daxil olur.

10 noyabr 2024-cü il tarixindən etibarən Bakıdakı "Nine Senses" incəsənət mərkəzində "Nine Senses"in, sərginin kuratoru Qobustan şamanı Tərlan Manafov ilə təşkilatçılığı çərçivəsində, eləcə də AZBRAND-ın sponsorluğu ilə "Qobustan kodları" adlı tədqiqat sərgisi açılacaqdır. Sərginin açılış tədbiri qədim Qobustan nişanələri elementlərindən toplanmış və müasir rəssamın əsərlərində təzahürünü tapmış, beş mandaladan ibarət tədqiqat hissəsini, və rejissor Toğrul Avşarın Qobustanda çəkilmiş filminin premyerasını əhatə edir. Sərginin və həmçinin filmin təməlində Mahatma Rerixin "Zərdüşt" adlı nadir əsəri durur. Mumbaydan olan zərdüştilərin xahişi ilə böyük ustad Zərdüşt rəssamın vətəni Azərbaycanda təsvir edilmişdir.

Sərgi ziyarətçiləri Qobustanın qədim arxetip kodlarının araşdırıldığı, insanın və incəsənətin mənşəyi haqqında yeni baxış bucağı təklif edən kəşfiyyata qərq olmağa dəvət edir. Beləliklə, rəssam özü bələdçi, aktivator, qədim arxetipi müasir dünyaya keçirən "beşinci element" olur.

"Qobustan Kodları" sərgisi insanın və incəsənətin yaradılışının nəzəriyyəsində elmi və ruhani yanaşmaları özündə birləşdirir. Ekspozisiyada Qobustanın beş petroqlifi təqdim olunur ki, həmin petroqliflər, qədim simvolların müasir  təsviri olan, beş işıq mandalasının yaradılmasında əsas rol oynayıblar. Ahəng və bütövlük rəmzi olan mandalalar rəssamın əsərlərinin kompozisiyasının mərkəzində yer alaraq, ziyarətçilərə diqqət cəmləşdirməkdə və daxili balans tapmaqda yardım olur.

Beş işıq mandalasının simvolikası:

"Yaradılış": DNT-ni aktivləşdirən və şüuru genişləndirən, səma mənşəyini simvolizə edən, kosmik şüaları altında insan obrazlı əsər.

"Energetik Cisim": İnsan bədəninin incə energetik strukturunu, qədim yogik təcrübələrə və insan bədənindəki incə enerjilər haqqında təcrübələri əks etdirən əsər.

"Ulu Ana": Süd yolunu və insanın kosmosla əlaqəsini simvolizə edən Ulu Ana obrazı.

"İnsanın Kosmik Dramı": İlahi mənbə ilə əlaqənin itirilməsini simvolizə edən "dəhşət dəbilqəsi" geyinmiş insan obrazı.

"Kök Çakraları Sistemi": Cənnətlə Yer Üzü arasındakı əlaqəni təmsil edən, insanın dünyalar arasında körpü rolunu əks etdirən unikal simvol.

Beş mandalanın hər biri qədim simvolları müasir incəsənət formaları ilə birləşdirərək insan varlığının dərin məsələləri haqqında düşünməyə vadar edir.

Sərginin kuratoru Tərlan Manafov əsrlər arası dialoqun vacibliyini vurğulayaraq deyir: "Sərgimizdə siz Qobustan kodlarında əks olunan bəşəriyyətin mənşəyinin sirlərinə qərq olacaqsınız. Odur ki, insanı və yaradıcılıq ruhunu yaradan sənət bəşəriyyəti böhrandan çıxarmağa qadirdir!"

"Qobustanın Kodları" sərgisinin mühüm tərkib hissəsi Toğrul Avşarın Azərbaycanın qüdrətli məkanları olan Qobustanda çəkdiyi filmdir.

Sərginin daha bir vacib hissəsi - Nigar Həsənzadənin yaratdığı "SÖZ" adlı bədii layihənin çərçivəsində  əməkdar və xalq artistlərin iştirakı ilə poetik tamaşa təqdim olunacaq.

Bu Layihə çərçivəsində Nine Senses İncəsənət Mərkəzi mövzuya uyğun fərqli proqramlar keçirəcək:  :
Dəvət olunmuş tarixçi, ölkəşünas və antropoloqların iştirakı ilə Qobustan mövzusunda dairəvi masa tədqiqat müzakirələri;

Fotoqraf və rejissor İlkin Zəfərlinin "Qobustan-3029" bədii dioraması;

"Qobustan uşaqların gözü ilə - mühazirələr və ustad dərsləri" layihəsi həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulmuş, hər kəsə bu qədim torpağın tarixi irsi ilə təmasda olmaq imkanı verir.

Sərgi Noyabrın 10-dan etibarən "Nine Senses" incəsənət mərkəzində açıq və pulsuz olaraq ziyarətçilərə təqdim olunacaq. O, geniş auditoriyaya yönəlib, bilik və qüdrətin insan vasitəsilə ötürüldüyünü göstərərək, insan təbiətinin və incəsənətin dərin aspektləri barədə düşünməyə təşviq edir.


Etiketlər:  Qobustanın qədim petroqlifləri insan varlığının köklərini araşdıran sərgi keçirilib FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ