Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çinarə Məlikzadə kimdir? - Ərdoğanı səsinə heyran edən, bir gecədə məşhurlaşan dağlar qızı

Çinarə Məlikzadə kimdir? - Ərdoğanı səsinə heyran edən, bir gecədə məşhurlaşan  dağlar qızı

Tarix: 11 Noyabr 2024 21:05

Sonxeber.net lent.az-a istinadən bildirir ki, "Bioqrafiya" rubrikasında müğənni, aktrisa Çinarə Məlikzadədən bəhs edir.

- Çinarə Məlikzadə harada və nə zaman anadan olub?

Çinarə Məlikzadə 11 oktyabr 1990-cı ildə Bakıda anadan olub. Əslən Xızıdandırlar. O, özünə "dağlar qızı" deməyi sevir.

-  Çinarə Məlikzadə harada təhsil alıb?

Kiçik yaşlarından musiqiyə maraq göstərən Çinarə Məlikzadə xalq artisti Oqtay Zülfiqarovdan xanəndəlik dərsi alıb və musiqi məktəbində fortepiano üzrə oxuyub. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. "Pöhrə", "Yeni Ulduz", "O səs Türkiye" müsabiqələrində iştirak edib.

- Çinarə Məlikzadəyə hansı mahnı ilə populyarlıq qazandırıb?

Çinarə Məlikzadə "Gedək üzü küləyə" mahnısı ilə sosial şəbəkədə bir gecədə məşhurlaşıb. 44 günlük müharibə dönəmində  oxuduğu "Azərbaycan" mahnısı ilə daha da sevildi. Bu mahnı Türkiyə Prezidenti cənab Ərdoğanın o qədər xoşuna gəlmişdi ki, o, Qarabağda olarkən Çinarə ilə görüşüb söhbətləşmişdi. O, müxtəlif dövlət tədbirləri və konsert proqramlarında çıxış edir. Türkiyə, Kipr, Polşa, isveç, Ukraynada konsertlər verib.

- Çinarə Məlikzadənin bacı-qardaşı var?

Bu barədə o belə danışıb: 
"Ailədə məndən böyük bir qardaşım var. Valideynlərim də, qardaşım da mənə dəstəkdir. Onlar uşaq vaxtından mənə dəstəkdirlər. Anam 4 yaşım olanda aparıb məni Oqtay Zülfüqarovun yanına. Ona görə ailə sarıdan heç bir problemim yoxdur".

- Çinarə Məlikzadə kimlərlə duet oxuyub?

Türkiyədə ifaları çox sevilən Çinarə Mustafa Ceceli, Halik Levent, Rafet El Roman kimi məşhurlarla duet oxuyub.

- Çinarə Məlikzadə ailəlidir?

Yox. O aktyor Əlibəy Məmmədli ilə az müddət ərzində evil olduqdan sonra boşanıb. Övladı yoxdur.
Əlibəy Məmmədli ilə bağlı münasibətləri barədə danışarkən "Həyatdır, ola bilər, eyni filmdə oynaya bilərik: "Bunlar şəxsi məsələlərdir. Düşmən deyilik. Hazırda danışmırıq. İnsan kimi ailə qurmuşduq, insan kimi də ayrılmışıq. Bir-birimizə kinimiz yoxdur. Münasibətimiz də normaldır. Eyni filmdə oynamaqla bağlı təklif gəlsə, qəbul etmərəm". 

- Əsl peşəsi aktyorluq olan Çinarə Məlikzadə filmlərdə çəkilib?

Bəli. O Elməddin Cəfərovun çəkdiyi bir komediyada rol alıb. Bu barədə o belə deyib:  "Elməddin Cəfərov, Kəmalə Piriyeva, Ziya Ağa və mənim baş rollarını paylaşdığımız film idi. Komediya janrında olan o filmin çəkilişləri Bakıda və İranda baş tutub. Bu film inşallah tezliklə izləyicilərimizə təqdim olunacaq. Səbirsizliklə təqdimat gününü gözləyirəm". Oktyabr ayında Çinarə Türkiyə və İranın birgə istehsalı olan daha bir filmə dəvət alıb.
Müğənni Çinarə Məlikzadə Mehrdad Qafarzadənin rejissorluğu ilə "Bana bir aşk şarkısı söyle" adlı Türkiyə və İran ortaq istehsalı olan filmdə çəkilir. Layihədə Türkiyənin məşhur aktyorlarından Yusuf Çim, Ali Burak Ceylan, Hazal Türesan, Ayşen İnci, Semra Dinçer, iranlı aktyorlardan isə Məcid Müzəffəri, Pejman Bazegi, Bahareh Afşar və başqaları rol alır. Bu barədə danışan müğənni "Rejissorun dediyinə əsasən, ssenari yazılanda artıq məni çəkməyi düşünürmüşlər. Deyim ki, Ada obrazı gözəl səsi olan xanımdır. Mən isə musiqiçiyəm, şübhəsiz ki, bu amilin payı var. İlham Qasımovun filmində oynadığım rol iranlı prodüserlərə müsbət təsir edib. Yeri gəlmişkən, yaradıcı heyət İranda mənə və sənətimə qarşı böyük bir sevginin olduğunu bildirdilər. Bunlar hamısı onların seçimlərinə təsir göstərib" - deyib.

- Çinarə Məlikzadə sosial şəbəkədə ünvanına gələn rəylərə necə reaksiya verir?

"Mən elə insanam ki, pisi və yaxşını olduğu kimi qarşılayıram. Bu insanların öz fikridir. Kimsə məni sevməyə, bəyənməyə məcbur deyil. Qızlarla söhbətim zamanı deyirəm ki, adi hicabda şəkil paylaşsam belə, mütləq çıxıb nəsə deyən olacaq. Ona pis fikir yazan olacaq. Çünki, əksi mümkün deyil. Hamı fərqli düşünür. Hamı bir nəfəri sevə bilməz. 
Sadəliyi sevən insanam, bəlkə də ondan irəli gəlir. Çünki necə varamsa, elə oxumuşam, öz aləmimdə. Amma bir şey var ki, kamera görəndə çox həyəcanlanıram. Elə buna görə deyirəm ki, ölkənin xaricdə təmsil olunmasını boynuma götürmərəm heç vaxt" deyə o bildirib.

- Çinarə Məlikzadə "Avroviziya" müsabiqəsinə qatılmaq istəyir?

Yox. Omum bu barədə fikirlərini təqdim edirik: "Avroviziyaya getmək fikrim yoxdur. Çünki ora gedib, gələnlər arasında uğurlu karyera davamçısı görməmişəm. Təbii ki, hamısına aid deyil. Bir az sanki yadplanetli olurlar. Avroviziya səhnəsi çox gözəl, böyük səhnədir. Mən öz Vətənimdə ondan daha böyük, mühüm səhnələrdə çıxış etmişəm. Ona görə də, nə gərək var ki".

- Çinarə Məlikzadə toylara gedir?

Bəli. Amma bunda seçici davranır.

"Tam səmimi deyirəm, mən heç vaxt sırf toylarda oxumaq üçün bir iş görməmişəm. Bu işlərlə əvvəllər mənimlə birgə çalışan dostlarımız məşğul olublar. Daha sonra isə yeni menecerimlə qarşımıza ölkə xaricinə çıxmaq məqsədi qoyduq və şükürlər olsun ki, qısa müddət ərzində buna nail olduq. Artıq xarici ölkələrdə bir neçə konsertlərimiz olub və bundan sonra daha da çox olacaq" - o deyib. 


Etiketlər:  Çinarə Məlikzadə kimdir Ərdoğanı səsinə heyran edən gecədə məşhurlaşan dağlar qızı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ