Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mən sənətdə olanda Namiq yox idi''

''Mən sənətdə olanda Namiq yox idi''

Tarix: 13 Noyabr 2024 16:25

Meyxana aləmində yeni qalmaqalın əsası qoyulub. Meyxanaçı Namiq Məna Namiq Qaraçuxurlu barədə danışıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, şou proqramlardan birinə qatılan Namiq Məna belə deyib:

"Mən Namiq sənətdə olanda o biri Namiq (meyxanaçı Namiq Qaraçuxurlu) yox idi, o, sonradan gəlib".

İfaçı həmkarı Namiq Qaraçuxurlunun meyxananı xanımlara sevdirməsi barədə deyilənlərə etiraz edib:

"Heç kimin haqqına girməyin. Nizami Rəmzi meyxananı xanımlara sevdirib. Adaşım 1996-cı ildə sənətə gəldi. Zəhməti var, danılmazdır. Deyirlər, musiqili meyxananı kim gətirib?

Bunu Nizami Rəmzi və Ağasəlim Çıldaq edib. Meyxana ilə Amerikaya gedib çıxmışam, "Tərəqqi" medallıyam".


Etiketlər:  Mən sənətdə olanda Namiq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ