Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2024 08:34
08:33
Ermənistan Baş naziri Nikol Paşinyan bütün günü İcevanda olub, oradan şəkillər və videolar yerləşdirib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Hraparak" nəşri ötən gün Ermənistanın bir neçə yüksək vəzifəli məmurunun istefaya getməsi ilə bağlı xəbərlər haqda qeyd edib.
Nəşrin iddiasına görə, Paşinyan bütün "qurbanlarına" SMS göndərib:
"SMS aşağıdakı məzmunda olub: işinizə görə təşəkkür edirəm, ərizə yazın - işdən azad olun. Həmin SMS-dən sonra hamı işə getmək üçün sübhün açılmasını belə gözləmədən ərizələr yazıb".
Qeyd edək ki, Ermənistanın infrastruktur naziri Qmel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan, daxili işlər naziri Vahe Kazaryan və İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyanın istefa ərizəsi yazdığı bildirilir.
--------------
2024.11.17
Erməni sosial şəbəkələri Paşinyanın bazar günü axşam hökumətdə real təmizləmələr həyata keçirdiyini yazır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, baş nazir bu gün sərt söhbət etdiyi ərazi idarəetmə naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Balasyanı yanına çağırıb. Məhz bundan sonra məmurlar istefa ərizələrini təqdim ediblər.
"24news" xəbər verir ki, Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan da istefa verib.
Şayiələrə görə, İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan da öz həmkarlarından nümunə götürüb.
Qeyd edək ki, bütün bunlar hələ rəsmi təsdiqini tapmayıb.
İstefaların Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrini bu yaxınlarda danlamasından sonra baş verdiyi bildirilir.