Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mingəçevirdə 35 yaşlı epilepsiya xəstəsi dərmandan zəhərlənib komaya düşdü

Mingəçevirdə 35 yaşlı epilepsiya xəstəsi dərmandan zəhərlənib komaya düşdü

Tarix: 4 Dekabr 2019 20:00

Bakı. Samir Əli - Trend:

Mingəçevirdə qadın dərmandan zəhərlənib.

Trend-in məlumatına görə, hadisə Mingəçevir şəhəri, ev 11a, mənzil 27-də baş verib.

Həmin ünvanda yaşayan, 1984-cü il təvəllüdlü Əliyeva Ülviyyə Göygöz qızı uzun müddət epilepsiya xəstəliyindən əziyyət çəkdiyindən evində dərman qəbul edib.

Ü.Əliyeva "lamiktal" həbi atdıqdan sonra dərman zəhərlənmə verib. Anası Həqiqət Dadaşova Ü.Əliyevanı evində huşsuz vəziyyətdə aşkar edərək təcili tibbi yardım briqadası çağırıb.

Həkimlərin köməyi ilə Ü.Əliyeva komatoz vəziyyətdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mingəçevirdə yaşlı epilepsiya xəstəsi dərmandan zəhərlənib komaya düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ