Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2024 23:15
Fəqərəarası disk yırtığı hər kəsin bildiyi - qrija əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova deyir ki, əməliyyatdan öncə isə bir sıra diaqnostik müayinələrdən keçmək tələb olunur. Onun sözlərinə görə, əməliyyat zamanı müasir standartlara cavab verən beynəlxalq sertifikatlı implantlardan istifadə olunur və və bu proses icbari tibbi sığorta tərəfindən qarşılanır.
Onun sözlərinə görə, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində icbari tibbi sığorta hesabına 3500-ə yaxın disk yırtığı əməliyyatı icra olunub.
Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: