Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2024 17:08
Ötən gecə İspaniya La liqasında "Madrid" derbisində "Real Madrid" rəqibi "Xetafe"ni əliboş yola salıb.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kral klubunun 2:0 üstün olduğu oyunda ikinci hissədə meydana çıxan Arda Güler göstərdiyi performansla sosial mediada böyük rəğbət toplayıb.
Ancaq Kilian Mbappenin Arda Gülerin ötürmələrini sağa-sola xərcləməsi azarkeşləri qəzəbləndirib. Ardanın 95.7 faiz pas dəqiqliyi və ikili mübarizələrdəki uğurları, Mbappenin qaçırdığı vəziyyətlərlə kölgələnib.
Futbol izləyiciləri ulduz futbolçu üçün "Arda Gülerin ötürmələrini məhv etdi" kimi şərhlər yazıblar.
Cud Bellinqemin yerinə matça daxil olan Güler 9 ikili mübarizənin 5-ni qazanmağı bacarıb.
Qeyd edək ki, Real Madrid "Xetafe"ni Cud Bellinqem və Kilian Mbappenin qolları ilə məğlub edib.