Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komitə sədri: Xaricdə erməni diasporasının güclü olması şişirdilmiş məsələdir

Komitə sədri: Xaricdə erməni diasporasının güclü olması şişirdilmiş məsələdir

Tarix: 5 Dekabr 2019 13:28

Bakı. Elçin Mehdiyev - Trend:

Xaricdə erməni diasporasının güclü olması şişirdilmiş məsələdir.

Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov vurğulayıb ki, bunlar üçün "Ermənistan dövləti" anlayışı yoxdur: “Bunlar bilirlər ki, heç zaman ora getməyəcəklər. Onların sırf korporativ maraqları var. Burada bir oyun var. Bütün məsələlərin başında isə kilsə dayanr. Onlar disapora vasitəsilə bizneslərini genişləndirmək, siyasi maraqlarını həyata keçirmək istəyirlər”.

Komitə sədrinin sözlərinə görə, erməni təxribatları ilə bağlı Azərbaycan diasporasına tapşırıq verilib:

“Xaricdə yaşayan diasporamıza tapşırıq verilib ki, bizim müqəddəs torpaqlarımız və mədəniyyətimizlə bağlı ermənilər hər hansı bir təxribat törədəcəklərsə, 10 qat cavabını alacaqlar. Lüksemburqda "Qarabağ" futbol komandamızın oyunu zamanı ermənilər təxribat törətməyə cəht etdi və layiqli cavabını aldı”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Komitə sədri Xaricdə erməni diasporasının güclü olması şişirdilmiş məsələdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ