Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2024 15:10
Silahlı müxalifətin Suriyada 61 illik "Bəəs" rejimini 12 gündə devirməsindən sonra ölkədəki dəyişiklik dalğası dövlət bayrağından da yan keçməyib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə haberler.com məlumat yayıb.
Məlumata görə, Suriya bayrağı Dəməşqdəki bayraq dirəyindən çıxarılıb və onun yerinə 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri müxalifətin istifadə etdiyi üç ulduzlu bayraq sancılıb.
Mərkəzində üç qırmızı ulduz olan bayraq yaşıl, ağ və qara rənglərdən ibarətdir. Bu bayraq ilk dəfə 1932-ci ildə qəbul edilib.