Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əsədin qaçmasına Rusiyadan reaksiya

Əsədin qaçmasına Rusiyadan reaksiya

Tarix: 8 Dekabr 2024 17:24

Prezident Bəşər Əsəd Suriya ərazisində silahlı münaqişənin bir sıra iştirakçıları ilə apardığı danışıqlar nəticəsində prezident postunu tərk etmək qərarına gəlib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.

"Əsəd hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib. Rusiya bu danışıqlarda iştirak etməyib", - XİN məlumatda bəyan edib.

Qeyd edək ki, "Heyət Təhrir əş-Şam" bu gün Suriya paytaxtı Dəməşqi nəzarətə götürüb və Əsəd rejiminin devrildiyini rəsmən elan edib. İraq Baş naziri Məhəmməd Qazi əl-Cəlali müxalifətlə əlaqə yaratdığını və hakimiyyəti ötürməyə hazır olduğunu bildirib.

Bəşər Əsədin harada olduğu isə bilinmir. Onu Suriyadan aparan Rusiya İl-76 təyyarəsinin qəzaya uğradığı və Əsədin öldüyü xəbərləri də yayılıb.


Etiketlər:  Əsədin qaçmasına Rusiyadan reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ