Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2024 12:20
Mərkəzi Bank 2 hüquqi şəxsə və 5 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalarını ləğv edib.
Bu barədə Sonxeber.net tənzimləyici quruma istinadən xəbər verir.
Bildirilib ki, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 107.1.2-ci maddəsinə müvafiq olaraq, lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 noyabr 2024-cü il tarixli Qərarına əsasən 2 (iki) hüquqi şəxsə və 5 (beş) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin həmin tarixli Qərarı ilə Qanunun 107.1.3-cü maddəsinə əsasən, 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq, 3 (üç) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.2-ci və 107.1.3-cü maddələrinə əsasən lisenziyaları ləğv edilən sığorta agentlərinin siyahısı:
№ |
Sığorta agentinin adı |
Lisenziyanın tarixi |
Lisenziyanın nömrəsi |
VÖEN |
1 |
Aslanov Emin Cahangir oğlu |
24.12.2014 |
080626 |
1402867982 |
2 |
Nəcəfova Cəmilə Mahal qızı |
15.01.2013 |
000827 |
1502019352 |
3 |
Tanrıverdiyev Elsevər Səlimxan oğlu |
14.10.2011 |
000493 |
1701269112 |
4 |
Axundov Əlihüseyin Cavad oğlu |
25.09.2009 |
000260 |
6800470702 |
5 |
Bağırov Elvin Eldar oğlu |
07.08.2015 |
080691 |
1304161162 |
6 |
Həsənov Tərlan Valeh oğlu |
18.08.2011 |
000469 |
6500333332 |
7 |
Mirzəyev Nemət Elçin oğlu |
12.01.2017 |
SA-003 |
2903448552 |
8 |
Namazova Rəna Elməddin qızı |
21.07.2009 |
000215 |
6600144722 |
9 |
"AZPRO Consulting" MMC |
23.02.2023 |
SA-0281 |
8700150811 |
10 |
"Davood" MMC |
26.12.2018 |
SA-0124 |
1903303771 |