Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2024 19:56
Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Co Baydeni Suriyaya humanitar yardım ayırmaq qərarına görə tənqid edərək bunu saxtakarlıq adlandırıb.
Sonxeber.net xəbər verir ki, o, müvafiq paylaşımı X sosial şəbəkəsindəki hesabında yerləşdirib.
"Hökumət fırıldaqlarının ölçüsü və miqyası ağılları qarışdırır", - deyə o qeyd edib.
Xüsusilə, Mask bəzilərinin aşağı temperaturda çadırlarda gecələməyə məcbur olduğu Şimali Karolina sakinləri ilə bağlı vəziyyətə belə cavab verib. Onun sözlərinə görə, bu fonda Anqola, Ukrayna və Suriyaya humanitar yardımın ayrılması düzgün qərar deyil. /baku.ws