Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2024 09:16
Danimarka və Norveç suriyalı qaçqınların sığınacaq müraciətlərinin qəbulunu dayandırır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Fransanın AFP agentliyi məlumat yayıb.
Danimarka Qaçqınlar Şurasının bildirdiyinə görə, onlar ölkədəki qeyri-müəyyən vəziyyətə görə Suriyadan gələnlərin işlərinə baxılmasını dayandırmaq qərarına gəlib.
Norveç İmmiqrasiya İdarəsi də vəziyyət normallaşana qədər suriyalıların işlərinə baxılmasını dayandırmaq niyyətində olduğunu açıqlayıb.