Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2024 20:06
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı sürücü qəza törədib.
Sonxeber.net bildirir ki, hadisə dekabrın 5-də Sadovoy kəndi yaxınlığındakı magistral yolda baş verib.
17 yaşlı məktəbli Artem qəza nəticəsində dünyasını dəyişib. Məlumata görə, hadisə baş verən gün oğlan məktəbdən yayınaraq qonşusu ilə işə gedib.
İlkin məlumatlara görə, Azərbaycan vətəndaşının idarə etdiyi mikroavtobus içərisində yeniyetmənin olduğu dayanmış yük maşınına çırpılıb. Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Mikroavtobusun sürücüsü daha əvvəl idarəetməni itirərək yolun kənarına çıxıb. Hər iki sürücü ayıq olub və xəsarət almayıb. Polis qəzanın son səbəbini müəyyən etmək üçün araşdırma aparır. /lent.az