Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2024 09:58
Bəzi iri ticarət şəbəkələrində yumurtanın qiyməti artım müşahidə edilib.
Sonxeber.net xəbər verir ki, əvvəllər 12-13 qəpiyə satılan yumurta bir neçə gündür ki, daha baha 17-18 qəpiyə təklif olunur.
Bəs bu bahalaşmanın səbəbi nədir?
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Sonxeber.net-a bildirib ki, yumurtanın qiymətində artım yox, ucuzlaşma var.
"Əvvəllər 16-18 qəpik olan yumurta hazırda 13-14 qəpiyə təklif olunur. Kifayət qədər ehtiyat yumurta olduğundan bolluq səbəbindən Novruz bayramına qədər məhsulda qiymət artımı gözlənilmir".
Aysel Əkbər