Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2019 17:56
İsveçli ulduz Zlatan İbrahimoviç futboldakı irqçilik problemindən danışıb.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, 38 yaşlı hücumçu yalnız geyim və atributlarla edilən etirazların həll yolu olmadığını deyib: “İrqçiliyə yox” yazılı köynəklər geyinmək və bayraqlar dalğalandırmaq əladır. Amma bu, problemi həll etmir. Matçları dayandırmaq, komandaların hesabından 3 xalı silmək, nəticələri ləğv etmək daha yaxşıdır. Beləliklə, B seriyasına getmək riski yaranacaq. Sən daha sərt olmalısan. İnsanlar etdiklərinin nəticələri ilə üzləşməyənə qədər heç nə başa düşmürlər. Mən İtaliyada oynayanda tribunadan "qaraçı!" deyə qışqırırdılar. Bu da irqçilik, cahillikdir. Hətta, stadiondan kənarda məni tərifləyib, foto istəsələr də".