Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2024 18:56
Britaniyanın baş naziri Rusiyanı mümkün qədər çox "incitməyə" çağırıb.
Sonxeber.net xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Keir Starmer G7 nümayəndələri ilə videokonfransda deyib ki, onlar Rusiyaya "ən böyük ağrı"nı verməlidirlər.
"Ukraynaya hərbi dəstək gücləndirilməli, Rusiyaya iqtisadi zərbələr, o cümlədən sanksiyalar vasitəsilə təzyiqlər artırılmalıdır.
Rusiya prezidenti Vladimir Putin isə deyib ki, şantaj və ölkəsinə müdaxilə cəhdləri heç vaxt heç nə verməyəcək.
"Rusiya inkişaf edir, iqtisadiyyat artır. Bu isə sözün tam mənasında, dünya tarixində misli görünməmiş sanksiyalar, bəzi dövlətlərin hakim elitasının kobud müdaxilələri və təzyiqləri fonunda baş verir. Ancaq heç bir şantaj, kənardan bizə mane olmaq cəhdləri heç vaxt heç nə verməyəcək", - Putin bildirib. /Modern.az