Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artistinin 1,6 milyonluq evləri əlindən alına bilər - FOTO

Xalq artistinin 1,6 milyonluq evləri əlindən alına bilər - FOTO

Tarix: 17 Dekabr 2024 12:55

Rusiyanın Xalq artisti, azərbaycanlı müğənni Larisa Dolina Avropa İttifaqının tətbiq etdiyi yeni sanksiyalar səbəbindən Latviyanın Yurmala şəhərindəki 1,5 milyon manat dəyərindəki evini itirmək təhlükəsi ilə üzləşib.

Sonxeber.net xəbər verir ki, Dolina, Avropa İttifaqının (Aİ) yeni sanksiyalar siyahısına daxil edilib. Bu, onun Yurmala şəhərindəki 95 milyon rubl (təxminən 1,5 milyon manat) dəyərində olan əmlakını və digər xarici aktivlərini itirməsinə səbəb ola bilər.

Müğənni 2011-ci ildə Riqa körfəzi sahilindəki "Amber Residence" yaşayış kompleksində əmlak alıb. Onun burada iki otaqlı və dörd otaqlı mənzilləri var. Bu mənzillərin hazırkı təxmini dəyəri müvafiq olaraq 30,4 milyon rubl (təxminən 501 min manat) və 66 milyon rubl (təxminən 1,1 milyon manat) təşkil edir.

Əlavə olaraq, Dolina Moskvadakı mənzilinin qanunsuz satışı nəticəsində 100 milyon rubl (təxminən 1,6 milyon manat) itirib


Etiketlər:  Xalq artistinin milyonluq evləri əlindən alına bilər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ