Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suriyanın yeni lideri dünyaya çağırış etdi

Suriyanın yeni lideri dünyaya çağırış etdi

Tarix: 17 Dekabr 2024 07:54

Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) Qərb ölkələrinə müraciət edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Ölkəmizdən bütün məhdudiyyətlərin götürülməsinə çağırırıq ki, dirçələ bilək. Hazırda ölkəni tərk edən cəllada qarşı sanksiyalar tətbiq edilib. Suriyada bütün sakinlərə xidmət edən ictimai qurumlar yaratmaq prioritet olmalıdır".

Jurnalistlərə görüşdə, o, hərbi forma deyil, boz kostyum və mavi köynək geyinib. İçəriyə mobil telefonlar və səsyazma cihazları buraxılmayıb. 

Əl-Şaraa geyimindəki dəyişikliyi ilə bağlı suala belə cavab verib: "Döyüş olduğu üçün biz hərbi geyimdə idik. Mülki görüşlərimiz olanda mülki geyim geyinirik".


Etiketlər:  Suriyanın yeni lideri dünyaya çağırış etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ