Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2024 10:00
Gələn ildən kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məqsədli və müvəqqəti yaşayış təyinatlı tikililərin inşasına icazə veriləcək.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bu sözləri Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov deyib.
Bu arada ölkədə neft müqavilələrinin əhatə etdiyi ərazilərdə və mühafizə zolaqlarında yerləşən tikililərlə bağlı işçi qrupu yaradılıb.İşçi qrupu müvafiq qanun layihəsinin hazırlanması üzərində işləyir.
Brifinqdə o da bildirilib ki, Azərbaycanda 400 minə yaxın qeyri-qanuni tikili qeydə alınıb. Bu rəqəm dəqiqləşdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.