Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı vəkil İranın məşhur həbsxanasında hücuma məruz qalıb

Azərbaycanlı vəkil İranın məşhur həbsxanasında hücuma məruz qalıb

Tarix: 17 Dekabr 2024 07:24

Milli fəal və hüquqşünas Tahir Nəqavi Tehranın məşhur Evin həbsxanasında bir qrup məhbusun hücumları, təhdidləri və təxribatları ilə üzləşib.

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə Nəqavinin ailəsi məlumat verib.

Məlumata görə, Güney Azərbaycan Milli Hökumətinin yaranması və süqutunun ildönümü günündə məhbuslardan biri olan və şahın tərəfdarı olan Zarei adlı şəxs zindanda şirniyyat paylamağa başlayıb, həmçinin bu hadisəni "İranın xilası və "monqolların" məğlubiyyəti" adlandırıb.

Təhrik etmək məqsədilə o, Tahir Nəqaviyə yaxınlaşıb və "Sən separatçısan, bizim İranda türk yoxdur", - deyə onu təhqir edib və münaqişəyə sövq edib.

Digər məhbusların müdaxiləsi ilə başa çatan münaqişə 8-ci kolonun idman zalında təkrarlanıb və orada bir neçə şah tərəfdarı olan məhbus türklərin əleyhinə şüarlar səsləndirib, Nəqavini separatçı adlandırıb.

Milli fəalın ailəsi onun sağlamlığı və təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib, bu təhlükəli vəziyyətə son qoymaq üçün təcili tədbirlər görülməsini tələb edib.


Etiketlər:  Azərbaycanlı vəkil İranın məşhur həbsxanasında hücuma məruz qalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ