Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2024 06:32
Türkiyənin Təbii fəlakət və fövqəladə vəziyyətlərin idarəçiliyi üzrə idarəsi (AFAD) Suriyada devrilən rejimin Müdafiə Nazirliyinə bağlı Sednaya Hərbi Həbsxanasında axtarışlara başlayır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, AFAD həbsxanaya 43 nəqliyyat vasitəsi və 120 nəfərlik şəxsi heyət göndərib.
Bildirilib ki, bu addım həbsxanada köməksiz vəziyyətdə qaldıqları ehtimal edilən şəxslərlə bağlı atılıb.
AFAD sədri Okay Memiş Sednaya Hərbi Həbsxanası qarşısında mətbuata açıqlama verib:
"Özümüz təşkilatlanmışıq, 43 maşın, 120 nəfərlik heyətlə Sednaya həbsxanasının qarşısına gəlmişik. Burada rabitə yoxdur, telefonlar işləmir. Peyk telefonları ilə əlaqə saxlayırıq. Axtarışları yer radarı və akustik dinləmə cihazları vasitəsilə həyata keçirəcəyik. Burada Əsəd rejiminin qeyri-insani rəftarından qaynaqlanan ölümlərin olduğunu və faktlarla zənginliyini bilirik. Bu həssaslıqları nəzərə alaraq işimizi komandalarımızla birlikdə ən yaxşı formada həyata keçirəcəyik. Ümid edirik ki, qısa zamanda nəticə əldə edəcəyik".
Qeyd edək ki, Suriyada Əsəd rejimindən qalma 100-dən çox həbsxana və insanların saxlandığı sayı bilinməyən müxtəlif gizli obyektlər mövcuddur.
Sednaya və Tadmor yeraltı həbsxanaları bunların arasında ən çox tanınanlarıdır. Tadmor Palmira şəhərinin səhralığında, Sednaya isə Dəməşqin yaxınlığında yerləşir. Hər iki həbsxana Bəşər Əsədin "qəssəbxanaları" kimi də bilinir.