Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bəşər Əsəd, ölməmişəm və buradayam”

“Bəşər Əsəd, ölməmişəm və buradayam”

Tarix: 19 Dekabr 2024 07:34

Əsəd rejiminin işgəncə mərkəzi olan Sednaya həbsxanasında yaşanan hadisələr qan dondurmaqda davam edir.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, məhbuslardan biri olan Amar Musa adlı şəxs həbsxanada gördüyü işgəncələr barədə danışıb.

O, Sednayada məhbusların ayaq üstə gəzməsinin qadağan edildiyini bildirib: "Biz sürünmək məcburiyyətində qalırdıq, başını qaldıran öləcəkdi".

Sednayada qaldığı kamerada yaşadıqlarını izah edən Musa mühafizəçilərin onları kəndirlə bağladığını bildirib: "Bizi belimizdən kəndirlə bağlayırdılar. Mühafizəçilər deyirdilər ki, bu kəndirləri açsanız, öləcəksiniz".

Həbsxanada çox adamın qaldığını bildirən Musa kameralarda insanların üst-üstə yatmalı olduqlarını qeyd edib.

Musa qaldığı kameranın qapısında devrilmiş lider Bəşər Əsədə səslənərək "Əsəd, ölməmişəm və buradayam" deyib.


Etiketlər:  Bəşər Əsəd ölməmişəm buradayam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ