Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tramp BMT Təhlükəsizlik Şurası ölkələrinin səfirlərini KXDR və Əfqanıstan üzrə birgə işləməyə çağırıb

Tramp BMT Təhlükəsizlik Şurası ölkələrinin səfirlərini KXDR və Əfqanıstan üzrə birgə işləməyə çağırıb

Tarix: 6 Dekabr 2019 07:48

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzv ölkələrinin daimi nümayəndələri ilə görüşdə Koreya yarımadasının nüvəsizləşdirilməsi və Əfqanıstan üzrə birgə işləməyə çağırıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Prezident Tramp BMT Təhlükəsizlik Şurasının daimi nümayəndələrini qlobal çağırışlar üzrə - Koreya yarımadasının nüvəsizləşdirilməsindən Əfqanıstandakı sülh danışıqlarına qədər birlikdə işləməyə çağırıb. Prezident, eyni zamanda, qlobal təhlükəsizlik və rifah üçün təhlükə yaradan oyunçulara qarşı tədbirlər görməyə çağırıb".

Qeyd edilir ki, D.Tramp hər bir ölkənin "BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi üzrə mandatının yerinə yetirilməsi" üçün öz töhfəsini verməli olduğunu söyləyib.


Etiketlər:  Tramp BMT Təhlükəsizlik Şurası ölkələrinin səfirlərini KXDR Əfqanıstan üzrə birgə işləməyə çağırıb


RƏYLƏR