Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstan Parlamentinin sədri Azərbaycana başsağlığı verib

Qazaxıstan Parlamentinin sədri Azərbaycana başsağlığı verib

Tarix: 26 Dekabr 2024 16:27

Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Milli Məclisin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, Parlament Məclisinin sədri, məktubda özünün və qazaxıstanlı deputatların adından Azərbaycan xalqına və qəza nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların sağalmasını arzulayıb.

"Bu çətin günlərdə qardaş Azərbaycan xalqına səbir və dözüm arzulayıram", - deyə məktubda qeyd edilib.


Etiketlər:  Qazaxıstan Parlamentinin sədri Azərbaycana başsağlığı verib


RƏYLƏR