Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ali Məhkəmə “TikTok”u 10 milyon dollar cərimələdi

Ali Məhkəmə “TikTok”u 10 milyon dollar cərimələdi

Tarix: 31 Dekabr 2024 08:52

Venesuela Ali Məhkəməsi "TikTok" sosial şəbəkəsini insanların psixi və fiziki sağlamlığına zərər vuran məzmun yaydığına görə 10 milyon dollar cərimələyib.

Sonxeber.net xəbər verir ki, bu barədə Bolivar Respublikası Ali Məhkəməsi sədrinin müavini Tanya D Amelio "Venezolana de Televisión" telekanalının efirində bildirib.

"Venesuela Ali Məhkəməsi "TikTok"a bu qərarın yayımlanmasından sonra səkkiz gün ərzində Milli rabitə Komissiyasına ödənilməli olan 10 milyon dollar cərimə və insanın psixoloji və fiziki sağlamlığına zərər verən Viral məzmunun yayılmasının qarşısını almaq üçün tədbirlərin görülməsinin zəruriliyi barədə məlumat verir", - D Amelio deyib.

O, bu vəsaitlərin təzminat üçün "TikTok" Qurbanları Fondunun yaradılması üçün istifadə olunacağını söyləyib.

Ali Məhkəmə, həmçinin "TikTok" şirkətinə ölkədə müəyyənləşdirilmiş hüquq normalarına riayət olunmasına nəzarət etmək üçün Venesuelada nümayəndəlik qurmaq barədə qərar çıxarıb. /Report


Etiketlər:  Məhkəmə TikToku milyon dollar cərimələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ