Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bakıya gələn kimi şikayət edəcəyəm: 100-150 manat göndərin'' - VİDEO

''Bakıya gələn kimi şikayət edəcəyəm: 100-150 manat göndərin'' - VİDEO

Tarix: 31 Dekabr 2024 21:20

Aparıcı-prodüser Tarix Əliyevin (Tolik) adından dələduzluq edilib.

Bu haqda Tolik özü məlumat yazıb. O bildirib ki, tanımadığı şəxs onun adından dostlarına yazıb, pul istəyir:

"Xatirə islam, Afət Fərmanqızı, Elit Star Cəmiləyə mənim adımdan mesaj yazır ki, Avropadayam və kartım işləmir, 100-150 manat göndərin. Belə nömrələrə inanmayın. Bakıya gələn kimi şikayət edəcəyəm, polis tapsın. Bunu araşdırmaq lazımdır".

Qeyd edək ki, bundan əvvəl Əməkdar artist Sənubər İsgəndərlinin, rəqqasə Rəna Ağamuradova (Renka), aparıcı Mətanət Əliverdiyeva, İlkin Həsəni, aktrisa Pərvin Abıyevanın da başına bənzər hadisə gəlib./Axşam.az


Etiketlər:  Bakıya gələn kimi şikayət edəcəyəm manat göndərin VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ