Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2019 12:52
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü vəzifəsindən asılı olmayaraq, hər kəsi bir hədəf ətrafında birləşməsinə imkan verir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
Onun sözlərinə görə, bu kampaniya ətraf mühitin sağlam olmasına töhfədir: "Belə bir tədbirdə iştirak etmək qürurvericidir. Bununla da insanlar faydalanacaq, ölkəmiz gözəlləşəcək. Ətraf mühit sağlamlaşacaq. Bütün bunlar pozitiv münasibət formalaşdırır, dostluğu və birliyi möhkəmləndirir. Burda gördüyünüz birlik hər şeyə dəyər. Biz hər birimiz dövlətimiz, xalqımız üçün çalışırıq. Bu cür layihələrin keçirilməsi təqdirəlayiq və sevindiricidir. Bundan sonra da bu cür aksiyalar davamlı olacaq".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin