Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fatih Terimin ilk transferi planı

Fatih Terimin ilk transferi planı

Tarix: 3 Yanvar 2025 00:12

"Əş-Şabab"ın baş məşqçisi Fatih Terimin ilk transfer hədəfi məlum olub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, türkiyəli mütəxəssis "Fənərbağça"da çıxış edən Cengiz Ünderin xidmətində maraqlıdır.

Fatih Terim Cengizlə danışıb və onu komandasında görmək istədiyini bildirib. 27 yaşlı vinger özü də təklifə isti yanaşır.

"Fənərbağça" da transferin əleyhinə deyil. İstanbul klubu futbolçunun yüksək maaşından qurtulmaq istəyir. Təcrübəli oyunçunun illik maaşı 3,7 milyon avrodur.

Qeyd edək ki, "Fənərbağça" Cengiz Ünderi ötən ilin yayında "Marsel"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Superliqa təmsilçisinin heyətində beş rəsmi matçda meydana çıxıb. O, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.


Etiketlər:  Fatih Terimin transferi planı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ