Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Siyavuş Novruzov: Agacəkmə kampaniyasında müxalifətin keçirdiyi aksiyadan qat-qat çox adam iştirak edir

Siyavuş Novruzov: Agacəkmə kampaniyasında müxalifətin keçirdiyi aksiyadan qat-qat çox adam iştirak edir

Tarix: 6 Dekabr 2019 13:48

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi kampaniyasına insanlar öz təşəbbüsləri ilə dəstək verirlər.

Trend-in məlumatına görə, bunu Müşfiqabadda keçirilən ağacəkmə aksiyasında iştirak edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.

Bu təşəbbüsü Azərbaycan ekologiyasının qorunması üçün gözəl layihələrdən biri sayan S.Novruzov kampaniyaya böyük məmnuniyyətlə qoşulduqlarını söyləyib:

"Bu gün burada müxalifətin qanuni və qanunsuz keçirdiyi aksiyadan qat-qat çox adam iştirak edir. Bu kampaniyada 70-dən artıq rayonda sayı 300 nəfərdən az olmayan YAP üzvü iştirak edir. Müxalifəti də dəvət edirik ki, insanlar üçün səmərəli işlə məşğul olsunlar, ağac çəksinlər, sosial layihələrin həyata keçirilməsində aktiv iştirak etsinlər. Onlar ölkə əleyhinə qalxmaqla deyil, əməlləri ilə xalqa xidmət etsinlər".

S.Novruzov əlavə edib ki, ağacların əkilməsi ilə yanaşı, onlara qulluq edilməsi də diqqət mərkəzindədir:

"Bizim yaratdığımız qruplarda gənclər tərəfindən ilboyu monitorinq aparılacaq. Bu monitorinqlər quruyan ağacların dəyişdirilməsi, onlara qulluğun göstərilməsi, yaşıllığın artırılması üçün aparılacaq".


Etiketlər:  Siyavuş Novruzov Agacəkmə kampaniyasında müxalifətin keçirdiyi aksiyadan qat qat çox adam iştirak edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ