Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

150 kiloqram çəkisi olan kişinin Yeni il gecəsi kabab yeməkdən mədəsi deşildi

150 kiloqram çəkisi olan kişinin Yeni il gecəsi kabab yeməkdən mədəsi deşildi

Tarix: 3 Yanvar 2025 12:42

Rusiyanın Novosibirsk şəhərində 150 kiloqram çəkisi olan kişi bayram ziyafəti zamanı kababı həddən artıq yediyi üçün xəstəxanaya yerləşdirilib.

Sonxeber.net yerli mediaya istinadla bildirir ki, təxminən səkkiz saat davam edən mürəkkəb əməliyyat nəticəsində onu xilas etmək mümkün olub.

Məlumata görə, kişi kababı bişirib və dostlarını qonaq çağırıb. Ev sahibi özü kababı həddən artıq yeyib və buna güclü içkilər də əlavə edib. Bir müddət sonra qarnında şiddətli ağrılar başlayıb.

O, təcili olaraq yerli Meşalkin tibb mərkəzinə yerləşdirilib. Burada həkimlər qeyri-standart yerdə aortanın yırtılması diaqnozu qoyublar. Zərərçəkənin hipertoniyası da olub. Nəticədə cərrahlar əməliyyat keçirib, bundan sonra manqal həvəskarı sağalmağa başlayıb.(Lent.az )


Etiketlər:  kiloqram çəkisi olan kişinin Yeni gecəsi kabab yeməkdən mədəsi deşildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ