Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2025 21:48
Kamerunun cənub-qərbində Fulani silahlı köçəri qrupunun hücumu nəticəsində ən azı beş hərbçi həlak olub, daha üç əsgər isə itkin düşüb.
Sonxeber.net xəbər verir ki, bu barədə "Alwihda" xəbər portalı məlumat yayıb.
Hərbçilərə hücumun səbəbi hələlik müəyyən edilməyib.
Qeyd edək ki, Kamerunda fermerlərlə köçəri Fulanilər arasında su ehtiyatları və otlaqlara bağlı tez-tez mübahisələr olur. Bəzən bu mübahisələr silahlı toqquşmalara çevrilir. Kamerun hakimiyyəti icmalar arasında gərginliyin yarandığı bölgələrə münaqişənin qarşısını almaq üçün hərbçilər göndərir. (APA)