Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2025 13:48
Yaponiya hökuməti Rusiyadan 11 fiziki şəxs, 51 hüquqi şəxs və 3 banka, həmçinin 8 ölkədən onlarla şirkət və 1 fiziki şəxsə qarşı sanksiya tətbiq etmək qərarına gəlib.
Sonxeber.net xəbər verir ki, müvafiq qərarları cümə günü ölkənin Nazirlər Kabineti dərc edib.
Bundan başqa, Rusiya Federasiyasına sənayedə istifadə olunan kapsaisinin və 335 növ malın, o cümlədən xüsusi avadanlıqların hissələrinin ixracını qadağan edib.
Tədbirlər xüsusilə "Alrosa"nın baş direktoru Pavel Marinychev, "Rostex" dövlət korporasiyasının baş direktorunun birinci müavini Vladimir Artyakov, "PSV Technologies"in rəhbəri Sergey Petrov və digər səkkiz şəxsin aktivləri aşkar edilərsə, dondurulmasını nəzərdə tutur.
Sanksiyalar təşkilatlar arasında Rusiya Maşınqayırma Elmi-İstehsalat Birliyinə, Aleksinski Kimya Zavoduna, eləcə də digər Elmi-İstehsalat Birliklərinə və müəssisələrə aiddir.
Bundan başqa Sanksiyalar CMRBank, RFK Bank və Timer Banka da şamil edilir. Rusiyadan daha 22 şirkət və təşkilatın ixracına məhdudiyyətlər tətbiq edilib.
Eyni tədbirlər Çin (18), BƏƏ (1), Qazaxıstan (1), Qırğızıstan (2), Tailand (1) və Türkiyədən (8) olmaqla 31 şirkətə də şamil edilib.
Bundan əlavə, aktivlərin dondurulması bir KXDR vətəndaşına, eləcə də Gürcüstanın MRB Bankına aiddir./APA