Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2025 19:40
Rusiyanın Leninqrad vilayətində saxlanılan boksçu bölmədə ölüb.
Sonxeber.net yerli mediaya istinadla bildirir ki, hadisə Vıborq şəhərində baş verib.
Yol polisi əməkdaşları avtomobilin qəribə hərəkət etdiyini görüb və 29 yaşlı sürücünün sərxoş olub-olmadığını yoxlamaq istəyiblər. Lakin o, polisi təhdid etməyə başlayıb. Alkotester sürücünün nalayiq davranışının səbəbini müəyyən etmədiyi üçün o, şöbəyə aparılıb.
İnzibati məhbusların saxlandığı otaqda boksçu skamyanı sındırıb və qaçmağa çalışıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşın qollarını qandallayıb yerə yıxmalı olublar. Bir müddət sonra o, sakitləşib, ancaq üzü göyərib. Məmur qandalları çıxarıb və ürək masajı ilə süni tənəffüs etməyə başlayıb. Lakin idmançını xilas etmək mümkün olmayıb.
Ölümün əsas versiyası sintetik dərmanla zəhərlənmədir. Polis hadisənin bütün şəraitini araşdırır. /Lent.az