Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevgili olduqları düşünülsün deyə Serenaya 5 milyon dollar verib? - FOTOlar

Sevgili olduqları düşünülsün deyə Serenaya 5 milyon dollar verib? - FOTOlar

Tarix: 10 Yanvar 2025 21:05

Türkiyədə məşhurların çalışdığı "D İletişim" şirkəti ilə bağlı bir neçə gündür, yayılan iddialar gündəm olub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, iddialarda məşhur aktrisa Serenay Sarıkayanın da adı hallanıb.

Belə ki, iddiaya görə, şirkətin həmtəsisçisi Ayşe Barım aktrisalardan birinin transseksual müğənni ilə sevgili olması görüntüsünü yaratmağa çalışıb, hətta ondan bunun müqabilində 5 milyon dollar pul alıb. Nəticədə onun barəsində istintaq başladılıb.

Bundan sonra sosial şəbəkələrdə həmin şəxslərin bir müddət öncə münasibətləri olan Serenay Sarıkaya ilə müğənni Mert Demir olduğu barədə müzakirələr aparılıb.

Hadisələr fonunda şirkət açıqlama yayıb: "D İletişim" 2002-ci ildən bəri Türkiyənin ən sevilən və menecerlik fəaliyyəti yönündə xidmət verən lider şirkətlərindəndir. Həmtəsisçimiz Ayşe Barım və birlikdə çalışdığı aktrisa Serenay Sarıkaya ilə bağlı real olmayan əxlaqsız ifadələrə görə məhkəməyə müraciət ediləcək".

Bu açıqlamanı S. Sarıkaya da paylaşaraq iddiaları əsassız adlandırıb.

Qeyd edək ki, Ayşe Barım Bergüzar Korel, Ceyda Düvenci, Hazal Kaya, Hande Erçel, Halit Ergenç, Mert Yazıcıoğlu kimi məşhurların da meneceri olub.


Etiketlər:  Sevgili olduqları düşünülsün deyə Serenaya milyon dollar verib FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ