Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan və ABŞ yeni əməkdaşlığın bir addımlığında

Ermənistan və ABŞ yeni əməkdaşlığın bir addımlığında

Tarix: 15 Yanvar 2025 00:09

Ermənistan və ABŞ nüvə enerjisi sahəsində əməkdaşlıq etmək niyyətindədir.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Antoni Blinkenlə Vaşinqtonda iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması ərəfəsində deyib.

A.Mirzoyan imzalanan sənədin nüvə energetikasının ən müasir beynəlxalq təhlükəsizlik standartlarına uyğun inkişafı üçün baza yaradacağını bildirib.

Blinken öz növbəsində qeyd edib ki, strateji tərəfdaşlıq haqqında sənəd tərəflərə bir neçə əsas istiqamət üzrə ikitərəfli əməkdaşlığı genişləndirmək üçün əsas verəcək.

Dövlət katibi həmçinin vurğulayıb ki, yaxın həftələrdə ABŞ Ermənistana sərhəd təhlükəsizliyi üzrə mütəxəssislər göndərəcək.

"Yaxın həftələrdə ABŞ gömrük və sərhəd Mühafizəsi üzrə ekspertlər qrupu Ermənistana gedəcək", - Blinken əlavə edib.

Erməni mediasının məlumatına görə, sənədi yanvarın 20-də istefaya gedəcək Cozef Baydenin səlahiyyət müddəti başa çatan administrasiyası imzalayıb. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövründə sazişin həyata keçirilməsi perspektivləri məsələsi açıq qalır.


Etiketlər:  Ermənistan ABŞ yeni əməkdaşlığın addımlığında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ