Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2025 08:50
"Qalatasaray"ın hücumçusu Mauro İkardinin telefonu polis tərəfindən müsadirə edilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb 31 yaşlı forvardın keçmiş həyat yoldaşı Vanda Nara tərəfindən zorakılıqda ittiham olunmasıdır.
Ulduz futbolçu Buenos-Ayres prokurorluğuna çağırılıb, yeni sevgilisi Çayna Suares və vəkili ilə birgə gedib. Futbolçu mobil telefonunu təhvil verməli olsa da, cihazın şifrəsini açıqlamaqdan imtina edib.
Qeyd olunur ki, yoxlama telefona tam giriş olmadan da aparıla bilər. Bu halda prokurorluq telefonun açılması üçün rəsmi göstəriş gözləyəcək və futbolçu telefonun içindəki materiallara girişi rədd edə bilməyəcək.
Xatırladaq ki, daha əvvəl Vanda keçmiş ərinin onu intim videolarını yaymaqda hədələdiyini bildirmişdi.