Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2025 16:02
Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə hansı ətirə üstünlük verdiyini açıqlayıb.
Sonxeber.net bildirir ki, Lukaşenko 30 ildir ki, "Eternity" ətrinə üstünlük verdiyini bildirib.
O, bu məlumatı siyasətçinin ətirinə diqqət çəkən jurnalistin sözlərinə cavab olaraq deyib:
"Yeri gəlmişkən, prezidentlik həyatımdan bəri "Eternity"dən istifadə edirəm".
Belarus prezidenti onun ətirinin hansı brendə aid olduğunu dəqiqləşdirməyib.
Amma Calvin Klein moda evinin kişilər üçün "Eternity" xəttinin olduğu məlumdur. /Lent.az