Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2019 05:16
Bakı. Trend:
7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçiriləcək 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.
Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.
Arxada qalan ilk yarış günündə üç atletimiz qüvvəsini sınayıb.
Körpücük üzərinə ilk olaraq yaşı 15-ə qədər olan qızlarda Aişə Əliyeva çıxıb. O, 40 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 85 kq (36+49) nəticə ilə 6-cı yeri tutub.
Daha sonra bu yaş qrupunda Selcan Qarayeva yarışıb. O, 45 kq çəki dərəcəsində 121 kq (53+68) nəticə ilə 7-ci pillədə qərarlaşıb.
Oğlanlardan körpücük üzərinə ilk olaraq yaşı 15-ə qədər olan atletlərdə Kənan Rəhimov çıxıb. O, 49 kq çəki dərəcəsində toplam 168 kq (70+98) nəticə ilə 6-cı yeri tutub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin