Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ konqresmenlərinə “DeepSeek” qadağan olundu

ABŞ konqresmenlərinə “DeepSeek” qadağan olundu

Tarix: 31 Yanvar 2025 08:48

ABŞ Konqresinin əməkdaşlarına Çinin son vaxtlar populyarlıq qazanan "DeepSeek" çat-botundan istifadə etmək qadağan edilib. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ Konqresi "DeepSeek" ilə bağlı risk xəbərdarlığı alıb. Bu qərar da təhlükəsizlik tədbirləri səbəbilə qəbul edilib.

Konqres üzvlərinə "DeepSeek"i istənilən iş telefonu, kompüter və ya planşetdə quraşdırmaq qadağandır.

Xatırladaq ki, ABŞ Konqresi 2023-cü ildə "ChatGPT"dən istifadəyə məhdudiyyətlər tətbiq edib. Çat-botun ödənişli versiyasından yalnız müəyyən tapşırıqlar üçün istifadəyə icazə verilir.


Etiketlər:  ABŞ konqresmenlərinə DeepSeek qadağan olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ