Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ailanın vəziyyəti kritikdir, beli qırılıb'' - YENİLƏNİB - FOTO

''Ailanın vəziyyəti kritikdir, beli qırılıb'' - YENİLƏNİB - FOTO

Tarix: 31 Yanvar 2025 20:25

"Səs Azərbaycan" yarışmasından tanınan müğənni Aila Rai avtomobil qəzasına düşüb.

Sonxeber.net xəbər verir ki, bu barədə aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində bildirib. O, ifaçının Quba rayonunda avtomobil qəzasına düşdüyünü qeyd edib:

"Vəziyyəti kritikdir, beli qırılıb. Hazırda reanimasiyadadır, həyatla mübarizə aparır. Ailənin tək uşağıdır. Allah şəfa versin". /Axşam.az

--------

16:32

"Ayla Şiriyevanın (Aila Rai) səhhəti yaxşıdır, həyati təhlükəsi yoxdur, əməliyyat uğurlu keçib".

Sonxeber.net bildirir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında gənc müğənni Ayla Şiriyevanın prodüseri Aytən Əliyeva deyib.

O əlavə edib ki, A.Şiriyeva hazırda özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib:

"Aidə xanım xəsarət alıb, əməliyyat keçirib. Amma vəziyyətinin ağır olması ilə bağlı yayılan məlumatlar yanlışdır".

Xatırladaq ki, ötən gün Bakı-Quba magistral avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. 90-ZD-873 dövlət qeydiyyat nişanlı "KIA Sportage"i idarə edən qadın sürücü avtomobili aşırıb. Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb. Həmin qəzanın iştirakçılarından biri də A.Şiriyeva olub.

---------

14:21

Gənc müğənni Aila Rai vəziyyəti ağırdır.

Sonxeber.net xəbər verir ki, bu barədə "primetime"a məlumat daxil olub.

Qeyd olunub ki, sənətçi dostları ilə birgə ötən gün Şahdağdan qayıdarkən ağır yol qazasını keçirib. Sumqayıt Tibb Mərkəzində reanimasiya şöbəsinə yerləşən ifaçı bu gün Baku Hospital Klinikasına köçürülüb. 

Onun vəziyyətini kritik olduğu qeyd olunub.


Etiketlər:  Ailanın vəziyyəti kritikdir beli qırılıb YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ