Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2025 19:20
Türkiyə hakimiyyəti Boludakı faciədən sonra Bursa vilayətindəki Uludağ məşhur xizək kurortu da daxil olmaqla, 160-dan çox oteli bağlayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Bursa Mədəniyyət və Turizm İdarəsi vilayətin 17 rayonunda lisenziyası, biznes qeydiyyatı olmayan və ya çatışmazlıqlar aşkar edilən 161 oteli möhürləyib. Möhürlənmiş obyektlər arasında Uludağ dağ-xizək kurortundakı 25 otel də var", - məlumatda qeyd olunub.
Qeyd edək ki, yanvarın 21-də Türkiyənin Bolu vilayətindəki Qartalqaya dağ-xizək kurortunda baş verən dəhşətli yanğın nəticəsində 78 nəfər ölmüşdü.