Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2025 20:02
"Dağlıq Qarabağ"ın ləğv edilməsinin mətni ilə bağlı müzakirə oldu, amma arada sual yarandı: bu kimin mətnidir, o mətni kim imzalayacaq, bu kimin üçündür?"
Sonxeber.netxəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı bildirib.
Paşinyanın sözlərinə görə, həmin vaxt ona "Dağlıq Qarabağ"ın hərbi-siyasi rəhbərliyindən cavab gəlib ki, bunun kimin mətni olduğu və altında kimin imzası olacağı məlum deyil: "Əgər bunun kimin mətni olduğunu deyə bilmirsənsə, bununla bizim nə işimiz var?
Mətn var, onun kim üçün olduğunu bilmirik. Ona görə də bizim bununla nə işimiz var, bilmirik? Sonradan həmin mətn internet saytında Dağlıq Qarabağın ləğvi ilə bağlı sənəd kimi göründü. Bütün hekayə budur.
Məlum oldu ki, o mətni bizə və ya onlara heç kim təklif etmir. Niyə həmin mətnin məzmununu müzakirə edək?" /Unikal