Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2025 17:48
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən əlilliyi olan şəxslərə müyəssər şəraitin yaradılması üzrə şəhərsalma və tikintiyə dair normativ sənədlərin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Sonxeber.net xəbər verir ki, bu barədə Oxu.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Bildirilib ki, artıq qeyd olunan məsələləri tənzimləyən yeni normativ sənədin - "Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri olan həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları" layihəsi hazırlanaraq başa çatdırılıb.
"Hazırda həmin layihənin aidiyyəti qurumlarla razılaşdırılması işləri həyata keçirilir. Məlumat üçün bildirək ki, yeni sənədin layihəsi hazırlanarkən beynəlxalq təcrübə ilə yanaşı, Əlil Təşkilatları İttifaqının da təklifləri nəzərə alınıb".
Xatırladaq ki, gələn il Ümumdünya Şəhər Forumu (WUF13) və Ümumdünya Ətraf Mühit Günü Azərbaycanda keçiriləcək.