Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2025 21:24
Yumurta istehlakının faydaları saysız-hesabsızdır. Elmi araşdırma yumurta istehlakının Alzheimer xəstəliyinin qarşısını aldığını ortaya qoyub - yumurtanın tərkibindəki xolin maddəsi yaddaşı gücləndirir və Alzheimer xəstəliyi riskini azaldır.
Sonxeber.net xəbər verir ki, son illərdə aparılan elmi araşdırmalar yumurta istehlakının təkcə bədən sağlamlığında deyil, həm də psixi funksiyaların qorunmasında mühüm rol oynaya biləcəyini ortaya qoyub. Nevrologiya Mütəxəssisi Prof. Dr. Lütfü Hanoğlu, Alzheimer xəstəliyi ilə yumurta istehlakı arasındakı əlaqəni qiymətləndirib.
Yumurta istehlakının beyin sağlamlığına təsiri ilə bağlı elmi araşdırmalardan nümunələr verən Prof. Dr. Hanoğlu "Son araşdırmalar yumurta istehlakının Alzheimer xəstəliyinin başlanğıcını gecikdirə biləcəyini dəstəkləyir. Xüsusilə yumurtanın tərkibindəki kolin maddəsi yaddaş və idrak funksiyalarını dəstəkləyən əhəmiyyətli bir komponent olaraq diqqət çəkir" sözlərini deyib .
Bəs kolin nədir?
Kolin yumurta sarısı, paxlalılar, brokoli, lobya, süd və balıq kimi bəzi qidalarda olan suda həll olunan birləşmədir və qaraciyərdə sintez olunur. Kolin orqanizmdə hüceyrə membranlarının əsas struktur komponentləri olan bəzi fosfolipidlərin sintezində istifadə olunur. Prof. Dr. Hanoğlu "Orqanizmdə xolin çatışmazlığı olduğu zaman başda beyin və sinir funksiyaları olmaqla bir çox hüceyrə və orqan düzgün işləməyə bilər. Qida əlavəsi olaraq qəbul edilə bilən kolin daha çox yumurta, qoz-fındıq, lobyada olur.
Fidan