Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Renat Dadaşov ''Ankaragücü''nün heyətindən kənarlaşdırıldı - SƏBƏB

Renat Dadaşov ''Ankaragücü''nün heyətindən kənarlaşdırıldı - SƏBƏB

Tarix: 2 Fevral 2025 11:20

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov klubu "Ankaragücü"dən ayrılıb.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu artıq kollektivi tərk edib.

O, rəhbərliyin qərarı ilə Tandoğandakı bazada bir məşqçinin nəzarəti altında fərdi məşq edir. I Liqa təmsilçisi hücumçuları Riad Bajiç və Dadaşov arasında seçim edib. Dadaşovun heyətdən kənarlaşdırılmasının səbəbi ona daha tez müştərinin tapılma ehtimalıdır.

Paytaxt təmsilçisi Bajiç üçün təklif almayacağını düşündüyü üçün Dadaşovu transferə çıxarıb ki, yerinə yeni oyunçu transfer edə bilsin.

"Ankaragücü" ilə müqaviləsi gələn ilin yayına qədər olan Renat Dadaşovun adı Azərbaycan klubları ilə birgə hallanır. /Bizim.Media


Etiketlər:  Renat Dadaşov Ankaragücünün heyətindən kənarlaşdırıldı SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ