Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alvaro Morata ''Qalatasaray''da

Alvaro Morata ''Qalatasaray''da

Tarix: 3 Fevral 2025 08:02

İspaniyalı futbolçu Alvaro Morata İtaliyanın "Milan" klubundan icarə əsasında Türkiyənin "Qalatasaray" klubuna keçib.

Sonxeber.net-n məlumatına görə, bu barədə "Qalatasaray" klubunun mətbuat xidməti bildirib.

Hücumçunun icarə müddəti mövsümün sonuna kimi hesablanıb. Türkiyə klubunun yayda futbolçunu almaq hüququ var.

Qeyd edək ki, 32 yaşlı Alvaro Morata 2024-cü ilin iyulunda 4 illik müqavilə əsasında "Milan"a keçib. Futbolçu komandanın heyətində 25 oyun keçirib, 6 qol vurub, 2 məhsuldar ötürmə edib. Klubla birlikdə ispaniyalı İtaliya Superkubokunun qalibi olub.


Etiketlər:  Alvaro Morata Qalatasarayda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ