Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şəxslərin maaşlarına əlavənin müddəti uzadıldı

Bu şəxslərin maaşlarına əlavənin müddəti uzadıldı

Tarix: 3 Fevral 2025 17:44

Bakıda COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

Sonxeber.netxəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun ""Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" qərarda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2025-ci il aprelin 1-dək uzadılıb.


Etiketlər:  şəxslərin maaşlarına əlavənin müddəti uzadıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ