Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Morata ''Qalatasaray''a bu şərtlərlə gəlib

Morata ''Qalatasaray''a bu şərtlərlə gəlib

Tarix: 3 Fevral 2025 21:50

İspanyalı ulduz Alvaro Moratanın "Qalatasaray"a keçidinin detalları məlum olub.

Sonxeber.net xəbər verir ki, 2025-2026-cı il mövsümünün ikinci yarısına qədər həm Morataya, həm də onun klubuna 6 milyon avro ödəniləcək.

"2 fevral 2025-ci il və 20 yanvar 2026-cı il tarixləri arasında peşəkar futbolçu Alvaro Borja Morata Martinin müvəqqəti transferi üçün AC Milan SPA Club ilə razılıq əldə olunub. Müvafiq olaraq, AC Milan SPA Club-a cəmi 6.000.000 avro müvəqqəti transfer haqqı ödəniləcək. Futbolçuya 2024-2025 mövsümünün ikinci yarısı üçün 3 000 000, 2025-2026 mövsümünün ilk yarısı üçün isə 3 000 000 avro zəmanətli qonorar ödəniləcək.

Bundan əlavə, klubumuzun 15 yanvar 2026-cı il tarixinədək yazılı bildiriş verildiyi təqdirdə, 8.000.000 avro ödəməklə futbolçunun qəti transferini həyata keçirmək imkanı var. Bu haqq 6 taksitle ödəniləcək. Klubumuz 15 yanvar 2026-cı il tarixinə alqı-satqı opsiyasından istifadə etməsə, icarə müddətini pulsuz olaraq 30 iyun 2026-cı il tarixinə qədər uzatmaq imkanı var. İcarə müddəti uzadılacağı təqdirdə 2025-2026 mövsümünün ikinci yarısı üçün 3 000 000 avro zəmanət haqqı ödəniləcək", - deyə "Qalatasaray" açıqlayıb. (baku.ws)


Etiketlər:  Morata Qalatasaraya şərtlərlə gəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ